Elena Terentjeva

Litvanın Vilinus şəhərində anadan olub. Onun gimnastik bacarıqları hələ uşaq yaşlarında kəşf olunmuş və bu onu, idmana və mükafatlar, dərəcələr qazanmağa gətirib çıxarmışdı. Anasını, atasını və bacı-qardaşlarını 8 yaşında Bosniya və Herseqovinayadakı bir yarış zamanı hücum nəticəsində itirmişdi. Elena bu hücumda sağ qaldı və günlərlə viran qalmış binada sağ qalmaq üçün mübarizə apardı. Müharibənin ortasında Elena doğulduğu vətəndən çox-çox uzaqlarda olan bir yerdə sağ qalmaq uğrunda mübarizə aparırdı və bu mübarizə onu dəyişdirdi, amansızlaşdırdı. Həmin vaxtda bir müddət əvvəl öz ailəsini itirmiş Lari Bosniya-Herseqovinaya olan gizli missiyası zamanı təsadüfən Elenayla rastlaşdı. Elenanın həyat hekayəsi Lari Silverşteynə çox təsir etmişdi. Ümidsiz vəziyyətə düşmüş Elena ona dünyasını dəyişmiş bacısını xatırladırdı. O, müharibənin qızğın vaxtında Mossadın köməkliyi ilə Elenanı İsrailə apardı. Elenanın zorakı davranışının və bəzən də aqresivliyinin qarşısını almaq üçün çox əziyyət çəkirdi. Bundan öncə o, Elenaya gimnastikaya qayıtmağı təklif etsə də müharibə Elenanın təbiətini çox dəyişmişdi. Məşq eləmək üçün hara gedirdisə, həm özünə, həm də dostlarına narahatçılıq yaradırdı. Bu vəziyyəti nəzarətə almaq istəyən Lari Elenanın xahişi ilə hərbi düşərgədə çox güclü bir təlim yaratdı. Burada Elena özünün gimnastik bacarığı, aqresiv təbiəti və qorxulu şəxsiyyəti ilə seçilirdi. İllər sonra Lari Qladyonun rəhbəri vəzifəsinə keçəndə Elenanı da bu təşkilata cəlb etdi. O, Elenanı həm bacarıqlı, ölümcül silah, həm də sonuna qədər etibar edə biləcəyi bir bacı kimi görürdü. Hətta bəzən qarşısıalınmaz bir münasibət sərgiləsə də Elena Qladyoda bir müharibə maşını kimi öz mövqeyini qoruyub saxlayırdı.

character-image
page-cover