Rusiyanın Korkino şəhərində anadan olub. Ailəsini çox gənc yaşlarında bir avtomobil qəzasında itirib. Gənc yaşlarında kömür mədənlərində çalışıb və sonradan orduya qoşulub. Yüksək bacarığı, iti zehninə görə başqalarından seçilirdi. Rusiya Kəşfiyyatına işləyən elit komanda ittifaqı olan Spetsnaz-a cəlb olunmuşdu. Təlimi keçmişdi, hətta bir neçə təlimi əla nəticələrlə bitirmişdi. Həm Rusiyanın daxilində, həm də xaricində bir çox əməliyyatlarda xidmət edib. Xüsusilə Çeçen müharibəsindəki nailiyyətlərinə görə Şərəf Ordeni almışdı. Rusiyanın siyasi stratergiyasındakı dəyişikliyə görə ordu sıralarından çıxarılmışdı. Amma İvan hələ də öz gücünə inanırdı. Bir müddət Orta Şərqdə muzdlu əsgər kimi işlədikdən sonra o Gladyo ilə tanış olur və bu təşkilatın liderinə çevrilir.