Zeynep Yılmaz

Əslən Manisada doğulsa da atasının missiyası səbəbindən bütün uşaqlıq illərini Ankarada keçirib. O, Ankaranın əfsanəvi polis işçilərindən biri olan Akın Yılmazın yeganə övladı idi. Ankaranın ən təhlükəli məhəllələrindən birində böyüyüb boya-başa çatdığı üçün özünü oraya aid hiss edirdi. Yaşadığı məhəlləyə və öz dostlarına o qədər bağlı idi ki, biləyində məhəlləsinin imza tatusunu daşıyırdı. Zeynəb hələ uşaq yaşlarında atasından nümunə götürürdü, onun yeganə arzusu böyüyəndə atası kimi polis olmaq idi. Polis akademiyasına daxil olduğu il atasının qəfil ölümü onu şoka saldı. Uzun illər öz doğma əmisi qədər sevdiyi Şahin Kılıçın atasının qatili olduğunu düşünsə də atasının ölümü barədə həqiqəti öyrənmək çox da vaxt aparmadı. Şahinin günahsız olduğunu öyrənəndə, onun yeganə məqsədi atasını öldürən Qladyonunn işini bitirmək idi. Şahin Zeynəbin yanında qalaraq ona xüsusi təlimlər keçirdi. Şahinin məsləhəti ilə Zeynəb Polis akademiyasındakı təhsilini davam etdirdi və oranı birinci dərəcəylə bitirdi. İti yaddaşı, cəsurluğu və nişançılıq qabiliyyəti ilə yaşıdlarından seçilirdi. O, vəzifəsinə davam edirdi.

character-image
page-cover